Bakıda mənzildə yanğın olub, körpə əkiz bacılar ölüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildə yanğın olub, körpə əkiz bacılar ölüb - YENİLƏNİB

10:20 - 29 / 06 / 2022
Bakıda mənzildə yanğın olub, körpə əkiz bacılar ölüb - YENİLƏNİB

Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacılar ölüb.

1news.az-ın əldə etdiyi xəbərə görə, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov xəsarət alıb.

09:52

Kürdəxanıda mənzildə yanğın olub.

1news.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxananı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb.

Mənzildə baş verən yanğın zamanı azyaşlı körpə dünyasını dəyişib, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. Hazırda yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir.

1news.az

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər