Şentop: “Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu artıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Şentop: “Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu artıb”

Qafar Ağayev14:57 - 30 / 06 / 2022
Şentop: “Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu artıb”

"Azərbaycan Soyuq Savaşdan sonrakı dönəmdə çox uğurlu siyasət həyata keçirib".

1news.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türkiyə Böyük Millət Məclisini sədri Mustafa Şentop bildirib.

TBMM sədri deyib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının (QH) dünyada nüfuzu artıb.

Mustafa Şentop Azərbaycanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də uğurla sədrlik edəcəyinə əmin olduğunu vurğulayıb.

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər