DSX Naxçıvanla Türkiyə arasında quru sərhədin bağlanmasına aydınlıq gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX Naxçıvanla Türkiyə arasında quru sərhədin bağlanmasına aydınlıq gətirib

Qafar Ağayev17:11 - 01 / 07 / 2022
DSX Naxçıvanla Türkiyə arasında quru sərhədin bağlanmasına aydınlıq gətirib

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədinin bağlanması barədə yayılan xəbərlərə münasibət bildirib.

DSX-dən 1news.az-a bildirilib ki, Dövlət Sərhəd Xidməti hazırda vətəndaşların sərhəd buraxılış məntəqələrində dövlət sərhədindən buraxılışını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına uyğun olaraq həyata keçirir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Naxçıvan-Türkiyə quru sərhədinin vətəndaşlar üçün bağlanması ilə bağlı məlumat yayılıb.

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər