“Bakı Metropoliteni”ndən sərnişinlərə MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Metropoliteni”ndən sərnişinlərə MÜRACİƏT

Qafar Ağayev10:36 - 01 / 07 / 2022
“Bakı Metropoliteni”ndən sərnişinlərə MÜRACİƏT

“Bakı Metropoliteni” QSC sərnişinlərə müraciət edib.

1news.az xəbər verir ki, müraciətdə deyilir:

"Yay dövrünün qədəm qoyması ilə metropolitendə sanitariya normaların tələblərinə əməl edilməsi ilə bağlı nəzarət mexanizmləri gücləndirilib.

Dövrün mikroiqlim xüsusiyyətləri nəzərə alınmaqla sərnişinlərin müxtəlif qablaşdırılmış sulardan, həmçinin qida və kulinariya məhsullarından istifadə etməsi hallarının artması müşahidə olunur. Stansiya və qatarların təmizliyinin qorunub saxlanması məqsədilə bir sıra tədbirlər yerinə yetirilir, monitorinqlər davam etdirilir. Bununla yanaşı, “COVID-19” pandemiyası dövrünün tələbləri əsasında sanitar-gigiyenik qaydalara ciddi əməl olunması aktuallığını qoruyub saxlayır.

Məlumdur ki, metropoliten stansiyalarında sərnişin təhlükəsizliyi, eləcə də sanitariya qaydalarının qorunub saxlanması məqsədilə tullantılar üçün konteynerlər qoyulmur.

Qeyd edilənlər nəzərə alınmaqla, stansiyalarda gücləndirilmiş təmizlik işlərinin həcmi və miqyası artırılıb, davamlı nəzarət təmin edilib. Lakin qatarlarla bağlı vəziyyət fərqlidir. Vaqonlarda müvafiq yoxlama və nəzarət tədbirlərinə, əsasən, sonuncu stansiyalarda yol verilə bilər. Bununla belə Qırmız xəttin “İçərişəhər”, Yaşıl xəttin “Dərnəgül” stansiyalarında qatarların bir yoldan digər yola keçirilməsini təmin edən dönmə kameraları yoxdur. Belədə qatarlara əlavə sanitariya baxışının keçirilməsi intervalların artması və yubanmalara yol verilməsi ilə nəticələnəcək. Bu səbəbdən “İçərişəhər” və “Dərnəgül”, habelə Yaşıl xəttin “Memar Əcəmi” stansiyalarından xəttə çıxan qatarlarda, hərəkət qrafikinin pozulmaması şərti ilə, ən qısa müddəti nəzərdə tutan təmizlik işləri təşkil edilir.

Hər iki xətt üzrə qatarların müntəzəm dönmə əməliyyatı aparılan sonuncu stansiya “Həzi Aslanov”dur. Məhz bu stansiyada qatarlara sanitariya nəzarəti çərçivəsində atılmış əşyaların yığışdırılmasına yalnız müəyyən mənada imkan var.

Ümumən qatarlarda əsaslı sanitariya baxışının keçirilməsi və təmizlik işlərinin aparılması yalnız depo şəraitində mümkündür.

“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, stansiyalarda və xüsusən qatarlarda istifadə olunmuş qablaşdırılmış su, qida və kulinariya vasitələrinin atılmamasını rica edir. Eyni zamanda stansiya və qatarlarda oturacaq və tutacaqların, habelə əllə təmas olunan digər səthlərin təmiz saxlanması vacibdir.

Unutmayaq, paytaxtın əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropoliten insanların kütləvi toplaşdığı və hərəkət etdiyi məkanlardandır. Günümüzün aktual məsələlərindən biri sanitar-gigiyenik qaydalara riayət olunmasıdır. Bu, metropolitendə hər bir sərnişinin sağlamlığının əsas meyarlarından biridir. Bir sərnişinin diqqətsizliyi və yaxud biganəliyi yüz minlərlə insanın, o cümlədən hər birimizin evinin sakini və qonağı kimi metropolitendən istifadə edən ailə üzvlərimizin və yaxınlarımızın sağlamlığına xələl gətirə bilər.

Hər birimizin sağlamlığı naminə metromuzu təmiz saxlayaq!"

Paylaş:
209

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər