“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi davam edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi davam edir - FOTO

17:24 - 02 / 07 / 2022
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi davam edir - FOTO

“Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi davam edir.

1news.az xəbər verir ki, iyulun 2-də baş tutan Yarımfinal mərhələsinin açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təşkilat Komitəsinin üzvlərindən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

İdarəçi rəhbərlər çıxışlarında “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərini, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün əhəmiyyətli layihə olduğunu vurğulayıblar.

Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva vurğulayıb ki, müsabiqənin bu mərhələsinədək gəlib çatan iştirakçılar artıq effektiv idarəçilər olaraq formalaşıb: "Biz də sizlərə baxaraq müasir dövrün idarəçiləri kimlər olmalıdır və onları birləşdirən əsas xüsusiyyətlər nələrdir suallarına cavab axtarırıq. Biz bu müsabiqə vasitəsilə Azərbaycanın gələcək inkişafına dayaq ola biləcək şəxslərin axtarışındayıq. "

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni layihələrin və ideyaların ərsəyə gəlməsinin və həyata keçirilməsinin önəm və mahiyyətindən söz açıb. O çıxışında kadr inkişafının və ölkəmizin istedadlı və intellektual mütəxəssislərin üzə çıxarılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı olduğunu və “Yüksəliş” Müsabiqəsinin bu sahədəki rolunu vurğulayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirakçıları öyrənməyə açıq olmağa, daim özlərini inkişaf etdirməyə səsləyib. O əlavə edib ki, peşəkar, savadlı, bacarıqlı kadrları tapmaq və formalaşdırmaq dövlətin kadr siyasətinin əsas prioritetlərindəndir. Azad edilmiş ərazilərdə dövlət orqanlarının fəaliyyəti bərpa olunduqdan sonra savadlı kadrlara, eləcə də dövlət qulluqçularına ehtiyac daha da artacaq. Komitə sədri çıxışında şəxsi idarəetmə təcrübəsindən bəhs edərək, iştirakçılara uğurlu idarəçi olmaq yolunda tövsiyələrini verib.

Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev yarımfinal mərhələsini açıq elan edərək bildirib: “Bu il ölkəmiz üçün hər baxımdan önəmli və əlamətdar bir ildir. Bildiyiniz kimi, 2022-ci il cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. İkinci Yüksəliş Müsabiqəsinin keçirilməsi də bu ilə təsadüf edir. Bu fürsətlə bu gün biz də yeni inkişaf yoluna qədəm qoymuş 332 namizədlə birgə gələcəyə yeni və ümidli bir səhifə açırıq. Cənab Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək siyasətini rəhbər tutaraq "Yüksəliş" Müsabiqəsində kadrların qiymətləndirilməsi prosesində ən yeni metodologiyalardan, dünya təcrübəsinə əsaslanan müasir texnikalardan faydalanmışıq. Biz birinci “Yüksəliş” müsabiqəsinin sonunda insanlarda yaratdığımız müsbət təəssüratların şahidi olduq. Bizim üçün bu çox sevindirici hal idi. Yüksəliş müsabiqəsinin insanlarda yaratdığı müsbət təəssüratlar həyata keçirdiyimiz layihənin şəffaflıq və obyektivliyin sübutudur.

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsində 332 nəfər iştirakçı mübarizə aparır. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edir və onların 8 səriştəsi ( strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Yarımfinal 3 iyulda yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçılar final mərhələsində öz bilik və bacarıqlarını nümayiş etdirəcək.

17 fevral 2022-ci il qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsində 12299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Paylaş:
227

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb11 / 08 / 2022, 17:56Bakıda həbsxanada 5 məhkum öldü - ADLAR11 / 08 / 2022, 17:50Prezidentin evində axtarış aparılıb11 / 08 / 2022, 17:43Müslüm Maqomayevin xatirə gecəsi keçiriləcək - VİDEO11 / 08 / 2022, 17:38Bu ermənilər Zabuxdan Xankəndiyə köçür11 / 08 / 2022, 17:16“Ukraynadakı müharibə Rusiyanın hərbi sənayesini sarsıdıb” - Britaniya kəşfiyyatı11 / 08 / 2022, 17:09Nəzarətə götürülən Buzdux və digər yüksəkliklərdə mühəndis işləri görülür - VİDEO11 / 08 / 2022, 16:55Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb11 / 08 / 2022, 16:38Azərbaycanda daha 488 nəfər koronavirusa yoluxub - STATİSTİKA11 / 08 / 2022, 16:35FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib11 / 08 / 2022, 16:32Rusiyanın 2 silah anbarı məhv edildi11 / 08 / 2022, 16:30Daha iki güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib11 / 08 / 2022, 16:23Təmayül siniflərin növbəti tədris ili üçün tədris planları təsdiq edilib11 / 08 / 2022, 16:07Oktyabrda TDT-yə üzv ölkələrin müsəlman dini liderlərinin Azərbaycanda görüşü olacaq11 / 08 / 2022, 16:01Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları açıqlanıb11 / 08 / 2022, 15:38Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib11 / 08 / 2022, 15:36Məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib11 / 08 / 2022, 15:34Bəzi yerlərdə temperatur 42 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ11 / 08 / 2022, 15:25Bir qrup QHT nümayəndəsi Azərbaycan səfirliyinə hücumu pisləyib11 / 08 / 2022, 15:22Qanunsuz ov edən şəxslər cəzalandırılıb11 / 08 / 2022, 15:16
Bütün xəbərlər

Next TV