Ağalı kəndinə köçürüləcək vətəndaşlara mina təhlükəsinə dair təlimlər keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağalı kəndinə köçürüləcək vətəndaşlara mina təhlükəsinə dair təlimlər keçirilir - FOTO

10:18 - 02 / 07 / 2022
Ağalı kəndinə köçürüləcək vətəndaşlara mina təhlükəsinə dair təlimlər keçirilir - FOTO

Vətəndaşların işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı məskunlaşmasında, bu ərazilərə həyatın qaytarılmasında və ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü rolunu daşıyan “Böyük Qayıdış” layihəsi çərçivəsində Qarabağda genişmiqyaslı minatəmizləmə fəaliyyəti, eləcə də paralel şəkildə yenidənqurma işləri davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumatda bildirilib. Xəbərə görə, intensiv və uğurlu minatəmizləmə fəaliyyəti sayəsində mümkün olan yenidəndqurma işləri nəticəsində bu yola tam təhlükəsiz çıxan ilk sakinlər isə Zəngilanın Ağalı kəndinə köçürüləcək vətəndaşlarımızdır. Burada yerləşəcək sakinlərin təhlükəsiz və sağlam şəraitdə məskunlaşması məqsədilə işğaldan azad edilmiş ərazilərdə mövcud mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirilməsi əsas prioritetlərdən biridir.

Qeyd olunub ki, məhz bu məqsədlə, 2022-ci il 1 iyul tarixindən etibarən ANAMA tərəfindən Zəngilan icmasına mərhələli şəkildə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərinə başlanılıb: "Məqsəd məskunlaşacaq vətəndaşları Ağalı kəndinin ətrafında fəaliyyət göstərəcəkləri zaman təhlükəsiz hərəkət alqoritmləri ilə tanış etməkdir.

Təlimlərdə vətəndaşlara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilir. Onları nizam-intizamlı, məsuliyyətli və sayıq davranmağa, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa çağırır.

Unutmayaq ki, hər bir vətəndaş verilən təlimatlara əsasən məsuliyyətli davranıb həm özünü, həm də ailəsini baş verə biləcək bədbəxt hadisələrdən qoruyaraq, dövlətin bu istiqamətdə icra etdiyi fəaliyyətə öz müsbət töhfəsini vermiş olacaqdır".

Paylaş:
256

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər