Şərurda avtomobil velosipedçini vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şərurda avtomobil velosipedçini vuraraq öldürüb

10:50 - 04 / 07 / 2022
Şərurda avtomobil velosipedçini vuraraq öldürüb

Naxçıvanda yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, iyulun 1-də saat 22 radələrində Şərur rayonunun Danyeri kəndi ərazisində Muğanlı kənd sakini İ.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən Xanlıqlar kənd sakini Elsevər Arzumanovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Arzumanov iyulun 2-də ölüb.

Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
207

Son xəbərlər

Bütün xəbərlər