Havanı çirkləndirən restoranlar cərimələnib - ADLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanı çirkləndirən restoranlar cərimələnib - ADLAR

Qafar Ağayev15:25 - 06 / 07 / 2022
Havanı çirkləndirən restoranlar cərimələnib - ADLAR

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlardan havaya normadan artıq tullantı atılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, təmizləyici qurğulara texniki xidmət göstərilməsi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayan ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova 1news.az-a bildirib ki, keçirilən növbəti monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Binəqədi və Nizami rayonları ərazisində fəaliyyət göstərən “Pink House”, “Kişmiş”, “Sonalar Sonası”, “Üzeyir”, “Hissa”, “Qızıl Qaya” və “Qızıl Buta” restoranlarından, eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən “Yaşıl Bağ” iaşə obyektindən havaya normadan artıq tullantı atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub.

“Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən sözügedən restoran və şadlıq saraylarının istismarçıları barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib”.

İctimai-iaşə obyektlərinin istismarçılarına bir daha çağırış edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər.”

Ölkə ərazisində monitorinq və nəzarət tədbirləri davam etdirilir.

Paylaş:
680

Son xəbərlər

QMİ sədri: Ordumuzun rəşadəti sayəsində torpaqlarımız erməni silahlı birləşmələrindən təmizlənirBu gün, 17:30Mustafa Sandal bələdiyyə sədri ola bilərBu gün, 17:09Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi - VİDEOBu gün, 16:55Sahibə Qafarova İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri ilə görüşübBu gün, 16:55Evdən və mağazadan qızıl oğurlayan keçmiş məhkum saxlanılıbBu gün, 16:49Pirallahıda mənzildə meyit tapılıbBu gün, 16:37Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılırBu gün, 16:23Saatlıda evdən və mağazadan oğurluq edən şəxs saxlanılıbBu gün, 16:09Bu tarixdə gecə ilə gündüz bərabərləşəcəkBu gün, 16:00Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilibBu gün, 15:47Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcəkBu gün, 15:37Daxili İşlər Nazirliyindən vətəndaşlara kiberhücumlarla bağlı vətəndaşlara müraciətBu gün, 15:30Azərbaycana turist ən çox bu ölkələrdən gəlirBu gün, 15:25Ermənilər Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqedə silah-sursatı ataraq qaçıblarBu gün, 15:24ABŞ Ukrayna 325 milyon dollarlıq hərbi yardım göndərəcəkBu gün, 15:13Ali Məhkəmə hüquqşünaslara müraciət edibBu gün, 14:49Xankəndidən danışan Fəxrəddin Manafov kövrəldi: “Torpağı öpüb, gözümə qoyacağam” - VİDEOBu gün, 14:43Azərbaycana payız fəslinin daxil olacağı vaxt açıqlandıBu gün, 14:28Mikayıl Cabbarov: “Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları 17 % artıb”Bu gün, 14:24Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşdü, xəsarət alan varBu gün, 14:15
Bütün xəbərlər

Next TV