Xırdalan qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalan qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb

09:19 - 06 / 07 / 2022
Xırdalan qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb

Xırdalan şəhər qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb.

1news.az-ın xəbərinə görə, ötən gün 17:30 radələrində qəbirstanlığın mollası tərəfindən insan ayağı aşkar edilib.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertiziya göndərilib. Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə olunan geyim paltarın parçası olması, həmçinin tənzifin olması müəyyən edib ki, aşkar olan ayaq cərrahiyə yolu ilə kəsilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
255

Son xəbərlər

Bütün xəbərlər