Qastronomik bağ evi “Mardacannes 145” restoranı açıldı - FOTO - VİDEO
Şəhərimizin artıq tanınan və sevilən “145 Group“ restoranlar şəbəkəsinin yeni maraqlı bir layihəsi “Mardacannes 145” restoranı öz qapılarını dəyərli qonaqları üçün açıb.
Restoran Mərdəkan qəsəbəsinin bağ ərazisində yerləşir və 24/7 fəaliyyət göstərir.
“145 Group” əsl bağ evini hər kəsin özünü evdəki kimi rahat hiss edəcəyi qeyri-adi restorana çevirə bilib. Məkanın ümumi dizayn tərzi hər kəsə çox tanış olan, uşaqlığımızı xatırladan yaşıl həyəti və hovuzu olan rahat bağ evidir.
Abajurlu lampanın isti işığı, rəngarəng süfrələr, divarlardakı xalçalar, böyük servantlar, hamıda eyni olan taxta stullar, çərçivələrdə köhnə fotoşəkillər, kitablar və köhnə radio, həmişə təmiz havası olan geniş yaşıl həyət və əlbəttə ki, sizə üzməyə icazə verilməyən sərin hovuz – restoranın interyerində bütün detallar nəzərə alınıb.
Restoranın menyusunda müəllif bağ mətbəxi və milli mətbəxin hitləri toplanıb: albalı və pomidorlu zərif Bakı salatı süfrəni bəzəyir, qazandan yarpaq dolmasının iştahaçan ətri gəlir, quzu ətindən kabablar kömürlərin üstündə tüstülənir, təzə kartof və tərəvəzlərlə sacda yumşaq mal əti hazırlanır. Hər səhər isə burada doyumcul, faydalı və dadlı milli səhər yeməyindən həzz ala bilərsiniz.
Ləzzətli yeməklər sadəcə bəhanə ola bilər. “Mardacannes 145” restoranında hər bir qonaq özü üçün xüsusi və rahat yer tapacaq. Yaşıl terrasın sərinliyində hətta yayın istisində belə özünüzü komfortlu hiss edəcəksiniz. Sakitliyi sevən qonaqlar üçün isə rahat və sərin VİP otaqlar mövcuddur. «145 Group»- un qastronomik bağ evində nə uşaqlar, nə də böyüklər darıxmağa vaxt tapmayacaqlar. Restoranın ərazisində uşaqlar üçün və müxtəlif stolüstü oyunlar oynamaq üçün sahə var. Axşamlar canlı musiqi dinləyə və dəniz mehindən həzz ala bilərsiniz.
“145 Group“ restoranlar şəbəkəsi davamlı olaraq inkişaf edir. Pandemiya dövründə çətinliklər yaşansa da, biz bunun öhdəsindən gəldik və inkişaf etməyə davam edirik. Bu yeni layihəmizin dərhal ardınca, tezliklə daha yeni bir layihə ilə qonaqlarımızı sevindirəcəyik. Qəlyan françayzinqini inkişaf etdirmək artıq həyata keçən hədəflərimizdəndir. İndi “145 Group” qəlyanları şəhərin Hilton, Hyatt Regency kimi məşhur hotellərində, Qalaaltı Hotel & Spa kimi istirahət mərkəzlərində təqdim olunur. Yaxın gələcəkdə isə beynəlxalq bazarlara çıxış kimi iddialı layihə və təşəbbüslərə imza atmaq niyyətindəyik.” – deyə “145 Group” restoranlar şəbəkəsinin PR və Marketinq direktoru Günel Oruclu qeyd etdi.
Ünvan: Mərdəkan, Hacı Zeynalabdin Tağıyev küç. 271 (Shani otel ilə üzbəüz)
Rezervasiya üçün: 077 7000 145
Qeyd: “145 Group” restoranlar şəbəkəsinə yeddi məkan “Çayevi145”(2003il), “Çaybağı145” (2016il), “Greengarden145” (2016il), “Malacannes145” (2017il), “Passage145” (2017il), “Metropol145”(2018il) və “Mardacannes145”(2022il) aiddir.
https://www.instagram.com/mardacannes145/
https://www.facebook.com/mardacannes145/
Reklam hüququnda