Yenidən qurulan Zığ-Hövsan yolu - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yenidən qurulan Zığ-Hövsan yolu - FOTO - VİDEO

Qafar Ağayev13:12 - 07 / 07 / 2022
Yenidən qurulan Zığ-Hövsan yolu - FOTO - VİDEO

Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə davam etdirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, yolun uzunluğu 6.8 km, eni 32 metr təşkil edir. Zığ qəsəbəsi üzrə 2, Hövsan istiqaməti üzrə 3 olmaqla 5 hərəkət zolağından ibarət olacaq yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol çiyinlərinin eni 3 metrdir.

Layihəyə uyğun olaraq yolboyu kommunikasiya xətlərinin köçürülməsi, yararsız qruntun qazılaraq çıxarılması, əks dolğu işləri aparılmaqla kipləşdirmə, həmçinin suötürücü boruların inşası artıq yekunlaşdırılıb. Ümumilikdə 300 m uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 km uzunluğunda beton küvetlərin inşası işləri aparılıb.

Hazırda yolboyu son mərhələdə olmaqla asfaltlanma işləri aparılır. Ümumilikdə yola 4 qat və 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Layihə çərçivəsində yolayrıcı zolaqlarda və zəruri yerlərdə səki daşları düzülüb.

Yenidənqurma işləri çərçivəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə, yolun 1.8, 2.2 və 4.4-ci km-lik hissələrində yerüstü piyada keçidlərinin inşası davam edir, işıq dirəkləri və 9 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri icra olunur.

Son mərhələdə siqnal dirəkləri, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol vətəndaşların istifadəsinə veriləcək.

Paylaş:
675

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər