Qusarda Bayraq meydanına gedən yol təhlükəli vəziyyətdədir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda Bayraq meydanına gedən yol təhlükəli vəziyyətdədir – FOTO

Qafar Ağayev15:30 - 07 / 07 / 2022
Qusarda Bayraq meydanına gedən yol təhlükəli vəziyyətdədir – FOTO

Qusarda Bayraq meydanına gedən yol təhlükəli vəziyyətdədir.

Bu barədə 1news.az-a Qusar sakinlərindən daxil olan şikayətdə bildirilib.

Sakinlər bildirib ki, bayraq meydanına çıxan pilləkənlərin yararsız vəziyyətdə olması insanların həyatına təhlükə yaradır.

Qeyd olunub ki, yerli əhali ilə yanaşı Qusara gələn turistlər də Bayraq meydanına gedən yolun bu vəziyyətindən şikayətçidir. Uzun müddətdir pis vəziyyətə düşən yolun təmiri ilə bağlı hansısa tədbir görülmür.

Paylaş:
810

Son xəbərlər

Bütün xəbərlər