Azərbaycanda daha 30 bağça müdiri vəzifəsindən azad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 30 bağça müdiri vəzifəsindən azad edilib

Qafar Ağayev16:31 - 07 / 07 / 2022
Azərbaycanda daha 30 bağça müdiri vəzifəsindən azad edilib

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, aparılmış monitorinqlər nəticəsində 30 nəfər çalışmanın yaş həddinə çatmış müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.

Belə ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər