Həyətində narkoplantasiya olan Astara sakini saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətində narkoplantasiya olan Astara sakini saxlanıldı - FOTO

Qafar Ağayev13:38 - 08 / 07 / 2022
Həyətində narkoplantasiya olan Astara sakini saxlanıldı - FOTO

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyətində narkoplantasiya yetişdirən rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Sərək kənd sakini Heydər Alıyev saxlanılıb. Onun yaşadığı evin həyətindəki sitrus bağının içərisində əkərək kultivasiya yolu ilə yetişdirdiyi yaş kütləsi 375 kiloqram olan 1284 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər