Ukraynanın Sumı vilayətində Xocalı ilə bağlı stend yaradılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynanın Sumı vilayətində Xocalı ilə bağlı stend yaradılıb - FOTO

15:56 - 08 / 07 / 2022
Ukraynanın Sumı vilayətində Xocalı ilə bağlı stend yaradılıb - FOTO

Ukraynanın Sumı vilayətinin Novaya Sloboda kəndində 1942-ci ildə nasistlər tərəfindən qətlə yetirilmiş uşaq, qadın və qocalar da daxil olmaqla, 600-ə yaxın şəxsin xatirəsi yad edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə Azərbaycanın Fəxri konsulluğu tərəfindən “Kədər zəngi” abidəsinə Xocalı soyqırımı ilə bağlı da informasiya lövhəsinin qurulması təklifi irəli sürülüb.

Belə ki, “Kədər zəngi” memorialına Kryukova, Liditse, Xatın, Pirçupis qətliamlarına həsr olunmuş informasiya lövhəsi əlavə edilib.

Artıq memorial kompleksdə Xocalı soyqırımı ilə bağlı informasiya stendi quraşdırılıb.

Qeyd olunub ki, memorial kompleks Azərbaycanın Fəxri konsulluğunun himayəsinə götürülüb, onun saxlanılması və abadlaşdırılması üçün işlərə dəstək göstərilir.

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər