Ukrayna səfiri Azərbaycan xalqının bayramını təbrik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukrayna səfiri Azərbaycan xalqının bayramını təbrik edib

14:56 - 09 / 07 / 2022
Ukrayna səfiri Azərbaycan xalqının bayramını təbrik edib

“Dünya müsəlmanları, eləcə də Ukraynada yaşayan müsəlmanlar Qurban bayramını qeyd edirlər. Bu bayram mənəvi birlik və həmrəylik rəmzidir. Qardaş Azərbaycan xalqı, bayramın mübarək!”

1news.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bayram müraciətində deyib.

“Əziz dostlar! Müsəlman dünyası üçün bu müqəddəs gündə ukraynalılar, eləcə də Azərbaycan əsilli ukraynalılar əlində silahla Ukrayna dövlətinin azadlığı və müstəqilliyini qorumaq məcburiyyətində qalıblar. Siz doğma torpağı müdafiə etməyin nə demək olduğunu, eləcə də sülhün qiymətini hamıdan yaxşı bilirsiniz!”, - diplomat qeyd edib.

1news.az

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər