Azərbaycanda aktiv koronavirus xəstəsi 400-ü keçdi - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda aktiv koronavirus xəstəsi 400-ü keçdi - STATİSTİKA

Qafar Ağayev17:57 - 12 / 07 / 2022
Azərbaycanda aktiv koronavirus xəstəsi 400-ü keçdi - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 63 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793827 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 703 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 405 nəfərdir.

Ölkədə son sutka ərzində 1 967, hazırkı dövrədək isə 6 989 636 test aparılıb.

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər