Azad olunmuş ərazilərdə daha bir nəfər minaya düşdü - Türkiyə vətəndaşıdır - RƏSMİ
İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barərədə 1news.az-a Xocavənd rayon prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.
Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Həmçinin oxuyun:
“Azərsun Holdinq”in Cəbrayılda minaya düşən əməkdaşı ağır bədən xəsarətləri alıb - YENİLƏNİB