Türkiyə - Ermənistan normallaşma prosesi Azərbaycana nə vəd edir? | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə - Ermənistan normallaşma prosesi Azərbaycana nə vəd edir?

15:40 - 15 / 07 / 2022
Türkiyə - Ermənistan normallaşma prosesi Azərbaycana nə vəd edir?

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin Facebook səhifəsində “Türkiyə - Ermənistan normallaşma prosesi Azərbaycana nə vəd edir?” başlıqlı məqalə dərc olunub.

Həmin məqaləni təqdim edirik:

Türkiyə Prezidenti R.T.Ərdoğan və Ernənistanın Baş naziri N.Paşinyan bu günlərdə baş tutan telefon danışığında xüsusi nümayəndələrin 1 iyul tarixində Vyanada əldə etdikləri razılaşmaları müzakirə ediblər. Daha sonra hökümət iclasında Paşinyan əldə edilən razılaşmanın “mümkün qədər tez” reallaşması üçün dövlət qurumlarına Türkiyə strukturları ilə işi koordinasiya etməyi tapşırdı. Paşınyanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi R. Rubinyan isə Ermənistanın “elə sabah Türkiyə ilə sərhədlərin açılmasına və diplomatik münasibətlərin qurulmasına” hazır olduğunu bildirdi.

Ermənistan cari prosesin ikitərəfli gündəliyə əsaslandığı bildirsə də sirr deyil ki, 𝐄𝐫𝐦ə𝐧𝐢𝐬𝐭𝐚𝐧-𝐓𝐮̈𝐫𝐤𝐢𝐲ə 𝐦𝐮̈𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐧𝐨𝐫𝐦𝐚𝐥𝐥𝐚𝐬̧𝐝ı𝐫ı𝐥𝐦𝐚𝐬ı 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧-𝐄𝐫𝐦ə𝐧𝐢𝐬𝐭𝐚𝐧 𝐦𝐮̈𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐧𝐨𝐫𝐦𝐚𝐥𝐥𝐚𝐬̧𝐝ı𝐫ı𝐥𝐦𝐚𝐬ı 𝐢𝐥ə 𝐩𝐚𝐫𝐚𝐥𝐞𝐥 𝐚𝐩𝐚𝐫ı𝐥ı𝐫. İstər prezident, istərsə də xarici işlər naziri səviyyəsində Türkiyə rəsmiləri prosesin rəsmi Bakı ilə koordinasiya olunmuş formada aparıldığını bəyan edirlər.

Ermənistan-Azərbaycan qarşılıqlı münasibətlərində üç:

- sülh müqaviləsi,

- sərhədlərin delimitasiya-demarkasiyası,

- nəqliyyat-kommunikasiya, iqtisadi əlaqələrinin bərpası,

Türkiyə-Ermənistan münasibətlərində isə iki mövzu:

- diplomatik münasibətlərin qurulması,

- nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası var.

Tərəflərin Ermənistanla qarşılıqlı münasibətlərində ən perspektivli istiqamət nəqliyyat-kommunikasiyadır. 𝐔̈𝐜̧𝐮̈𝐧𝐜𝐮̈ 𝐨̈𝐥𝐤ə 𝐯ə𝐭ə𝐧𝐝𝐚𝐬̧𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐄𝐫𝐦ə𝐧𝐢𝐬𝐭𝐚𝐧-𝐓𝐮̈𝐫𝐤𝐢𝐲ə 𝐬ə𝐫𝐡ə𝐝𝐢𝐧𝐢 𝐤𝐞𝐜̧𝐦ə𝐬𝐢 𝐯ə 𝐡𝐚𝐯𝐚 𝐲𝐮̈𝐤𝐝𝐚𝐬̧ı𝐦𝐚𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐛ə𝐫𝐩𝐚 𝐞𝐝𝐢𝐥𝐦ə𝐬𝐢 𝐮̈𝐳𝐫ə 𝐫𝐚𝐳ı𝐥ı𝐪 𝐭ə𝐫ə𝐟𝐥ə𝐫𝐢𝐧 𝐧ə𝐪𝐥𝐢𝐲𝐲𝐚𝐭-𝐤𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐤𝐚𝐬𝐢𝐲𝐚 ə𝐥𝐚𝐪ə𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐛ə𝐫𝐩𝐚 𝐞𝐝𝐢𝐥𝐦ə𝐬𝐢 𝐢𝐬𝐭𝐢𝐪𝐚𝐦ə𝐭𝐢𝐧𝐝ə ə𝐥𝐝ə 𝐞𝐭𝐝𝐢𝐲𝐢 𝐬𝐢𝐦𝐯𝐨𝐥𝐢𝐤 𝐧𝐚𝐢𝐥𝐢𝐲𝐲ə𝐭𝐝𝐢𝐫. Ona görə ki, hava nəqliyyatının bahalı olması geniş ticarət axınının başlanğıcı ola bilməməsi ilə şərtlənir. Üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə sərhədini keçməsinə dair razılıq da simvolikdir. Belə ki, bu razılıqdan tərəflər arasında lazımi nəqliyyat infrastrukturunun olmaması səbəbindən Azərbaycan vətəndaşları böyük ehtimal istifadə edə bilməyəcək. Gürcüstanın Türkiyə ilə birbaşa sərhədi olduğundan Gürcüstan vətəndaşlarının da Türkiyəyə səfər etməsi üçün Ermənistan ərazisindən istifadə edəcəyi inandırıcı deyil. Eyni ilə Ermənistanla birbaşa quru sərhədə malik olmayan Rusiya da Türkiyə ilə əlaqə saxlamaq üçün Ermənistan ərazisindən istifadə etməyəcək. Lakin, sanksiyalar səbəbindən hazırda Ermənistana çox sayda Rusiya vətəndaşlarının gəlməsi məsələyə geniş baxışın formalaşdırılmasını aktual edir.

Azərbaycan-Ermənistanla qarşılıqlı münasibətlərində də ən perspektivli istiqamət nəqliyyat-kommunikasiyadır. Marşrutun təhlükəsizlik və gömrük rejimləri haqqında konkret məlumat olmasa da, yolun Ermənistan ərazisində Araz çayı boyunca gedəcəyi bəllidir. Türkiyənin Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa istiqamətində atdığı addımlar, axırıncını Azərbaycanla da nəqliyyat xəttlərini açmağa sövq edir.

Azərbaycan və Türkiyənin Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrin bərpasında atdığı addımlar qarşılıqlı sürətdə bir-birini şərtləndirir. Oxşar mövqeni digər istiqamətlərdə də görmək olar. Bu proseslər eyni anda və ya ardıcıl baş tuta bilər. 𝐓𝐮̈𝐫𝐤𝐢𝐲ə 𝐩𝐫𝐨𝐬𝐞𝐬𝐢 𝐫ə𝐬𝐦𝐢 𝐁𝐚𝐤ı 𝐢𝐥ə 𝐤𝐨𝐨𝐫𝐝𝐢𝐧𝐚𝐬𝐢𝐲𝐚 𝐞𝐭𝐝𝐢𝐲𝐢𝐧𝐝ə𝐧 𝐄𝐫𝐦ə𝐧𝐢𝐬𝐭𝐚𝐧-𝐓𝐮̈𝐫𝐤𝐢𝐲ə 𝐝𝐢𝐩𝐥𝐨𝐦𝐚𝐭𝐢𝐤 𝐦𝐮̈𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐪𝐮𝐫𝐮𝐥𝐦𝐚𝐬ı 𝐈̇𝐫ə𝐯𝐚𝐧 𝐯ə 𝐁𝐚𝐤ı 𝐚𝐫𝐚𝐬ı𝐧𝐝𝐚 𝐬𝐮̈𝐥𝐡 𝐦𝐮̈𝐪𝐚𝐯𝐢𝐥ə𝐬𝐢𝐧𝐢𝐧 𝐢𝐦𝐳𝐚𝐥𝐚𝐧𝐦𝐚𝐬ı 𝐢𝐥ə 𝐬̧ə𝐫𝐭𝐥ə𝐧𝐢𝐫. Proses alternativ ardıcıllıqla da gedə bilər: əvvəl Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanır, sonra isə Türkiyə ilə diplomatik münasibətlər qurulur.

Türkiyə-Ermənistan-Azərbaycan üçbucağına daha geniş müstəvidə baxmaq olar. Türkiyə və ABŞ liderləri 2021-ci ilin iyun görüşündə Ermənistanla münasibətlərin bərpa edilməsi məsələsini müzakirə ediblər. Türkiyənin Ermənistanla münasibətləri nizamlamasını bir tərəfdən Ankara və Vaşinqton arasında müşahidə edilən istiləşmənin tərkib hissəsi kimi görmək olar. Belə simvolik addımlarla Türkiyə ABŞ liderinə Ermənistanla normallaşma prosesində irəliləyişlərin olmasını göstərir, həm də tam olaraq sərhədləri açmır və prosesi Ermənistan-Azərbaycan münasibətlərindən asılı vəziyyətdə saxlayır.

1news.az

Paylaş:
334

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər