BDU-nun müəllimi vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-nun müəllimi vəfat edib

09:22 - 15 / 07 / 2022
BDU-nun müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev vəfat edib.

Bu barədə 1news.az-a onun həmkarları məlumat verib. Bildirilib ki, A.Musayev uzun sürən xəstəlikdən sonra 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 1982-1985-ci illərdə Moskva Poliqrafiya İnstitutunda redaktor ixtisası üzrə ikinci ali təhsil alıb.

1970-1972-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi, "Müxbir", 1973-1974-cü illərdə Azərbaycan Mətbuat Nazirliyinin "Kitablar aləmində" jurnallarında ədəbi işçi vəzifələrində çalışıb. 1974-2004-cü illərdə "İşıq" nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri vəzifələrində işləyib. 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 2004-cü ildən BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim işləyib.

Allah rəhmət eləsin!

1news.az

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər