Müşfiqabad qəsəbəsində kürəkən qayınatasının evini atəşə tutdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Müşfiqabad qəsəbəsində kürəkən qayınatasının evini atəşə tutdu

Qafar Ağayev10:44 - 15 / 07 / 2022
Müşfiqabad qəsəbəsində kürəkən qayınatasının evini atəşə tutdu

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinin divarına ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb.

Araşdırma aparılır.

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər