Kapital Bank-ın dəstəyi ilə “Baku ID” startap tədbiri keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kapital Bank-ın dəstəyi ilə “Baku ID” startap tədbiri keçiriləcək

Qafar Ağayev12:29 - 15 / 07 / 2022
Kapital Bank-ın dəstəyi ilə “Baku ID” startap tədbiri keçiriləcək

18 iyul 2022-ci il tarixində “JW Marriott Absheron Baku” hotelində Kapital Bank-ın dəstəyi və SABAH.lab Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin ən böyük startap və innovasiyalar tədbirlərindən biri baş tutacaq

. “Baku ID” adlı tədbirin əsas məqsədi Azərbaycanın ən güclü startap layihələrini yerli və beynəlxalq investorlara və ekspertlərə təqdim etmək, həmçinin ölkənin innovasiyalar ekosisteminin gələcəyini müzakirə etməkdir.

“Baku ID”də SABAH.lab-ın 21 rezident komandası və 9 müstəqil komanda çıxış edərək, tədbir iştirakçılarına öz startapları barədə ətraflı məlumat verəcəklər. Layihələr təhsil, tibb, moda, insan resursları texnologiyaları, elektron ticarət, NFT və blokçeyn texnologiyaları, influenser marketinq və digər sahələri əhatə edir. Tədbir haqqında ətraflı məlumatı www.bakuid.com saytından əldə etmək olar.

Qeyd edək ki, SABAH.lab Akselerasiya Mərkəzi 2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşəbbüsü ilə yaradılıb. Mərkəz fəaliyyəti dövründə “Yarat” və “Sürət” akselerasiya proqramlarını uğurla icra edib. SABAH.lab Avropanın ən nüfuzlu biznes məktəblərindən biri sayılan “IE Business School” ilə tərəfdaşlıq edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Reklam hüququnda

Paylaş:
399

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər