“Azərsığorta” ASC-nin Direktorlar Şurasının tərkibi təsdiqlənib

"Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibi təsdiq edilib.
1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Direktorlar Şurası aşağıdakı tərkibdə təsdiqlənib:
Direktorlar Şurasının sədri
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Direktorlar Şurasının üzvləri
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Gündüz Əliyev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.
1news.az
549