ANAMA 24 ildə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatın sayını açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA 24 ildə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatın sayını açıqlayıb

Qafar Ağayev13:17 - 18 / 07 / 2022
ANAMA 24 ildə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatın sayını açıqlayıb

İyul ayının 18-i Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi təsis olunmasının 24-cü il dönümü qeyd edir.

Agentlikdən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı Fərmanı ilə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradıldı. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti əlaqələndirmək, nəzarət etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur.

Başlıca məqsədimiz - Azərbaycan Respublikasının işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlamamış hərbi sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir.

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücayəti sayəsində Qarabağımız azadlığa qovuşdu. Bununla da Agentliyin qarşısında yeni vəzifə və öhdəliklər yer aldı. Agentliyin texniki imkanları, insan resursları, eləcə də əməliyyat metodları inkişaf etdirildi. Minatəmizləmə sahəsində bir neçə ilklərə, yeniliklərə imza atıldı.

24 illik müddət ərzində ANAMA 70 437.9 hektar ərazi olmaqla, 845 180 ədəd mina və partlamamış hərbi sursat aşkar edərək təmizləyib.

İşini şərəflə və qürurla həyata keçirən ANAMA, “Böyük Qayıdışa” inamla addımlayır.

Qarabağımıza təhlükəsiz və sağlam qayıdışın təmin edilməsində əlindən gələni əsirgəməyən ANAMA vətəndaşlara çağırış edərək, işğaldan azad edilmiş ərazilərimizdə onları məsuliyyətli və sayıq olmağa çağırır. Səylərimizi birləşdirirərək, işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühiti yaradaq!

Paylaş:
304

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər