“Azərbaycanın müstəqil siyasəti ədalətli mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır” - Vüqar Rəhimzadə | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanın müstəqil siyasəti ədalətli mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır” - Vüqar Rəhimzadə

17:34 - 18 / 07 / 2022
“Azərbaycanın müstəqil siyasəti ədalətli mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır” - Vüqar Rəhimzadə

“Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkəmizin hər hansı konkret dövr ərzində ayrı-ayrı sahələr üzrə əldə etdiyi uğurların və onların əsasında müəyyənləşdirilən perspektivlərin təqdimatıdır. Bu baxımdan iyulun 15-də ölkə Prezidentinin sədrliyi ilə keçirilmiş cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə cənab İlham Əliyevin proqram xarakterli nitqi qarşıda dayanan vəzifələrin təqdimatı baxımından olduqca diqqətçəkəndir.

Bu fikirləri 1news.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib:

"Dövlət başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan geniş bəhs edərək diqqəti bu məqama yönəltdi ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin təməl daşıdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafına geniş imkanlar açır. Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri bunu bir daha təsdiq edir. Ötən 6 ayda iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye istehsalı 11,5 faiz artıb, əhalinin gəlirləri təxminən 20 faiz artıb. İxrac 2 dəfədən çox, qeyri-neft ixracı 25 faizdən çox artıb. Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ordu quruculuğu, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin miqyasını da nəzərə alsaq Azərbaycanın iqtisadi və maliyyə imkanlarının hansı səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Çünki ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə bütün işləri öz daxili imkanları hesabına həyata keçirir.”

Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi cari ilin 6 ayında xarici siyasət sahəsində qazanılan uğurlardan aydın görünür: “Azərbaycanın ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələri yüksələn xətlə inkişaf edir. “Azərbaycan öz sözünə sadiqdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, beynəlxalq arenada oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün maliyyə dəstəyi, xüsusilə COVID-19-la bağlı 80-dən çox ölkəyə edilən humanitar yardım nüfuzumuzu daha da artırmışdır. Bunu aydın görmək üçün Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən həm daxildə, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərin miqyasına diqqət yetirmək kifayətdir. Öncə türk dünyasının birliyinə nail olmaq üçün dövlət başçısı İlham Əliyev Türk Şurasının Zirvə Görüşünün keçirilməsinə nail oldu. Sonra bütün dünya dövlətlərini bir araya gətirmək üçün Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmçinin quruma üzv dövlətlərin birgə səyləri əsasında Azərbaycanın BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü dəstəkləndi. 2020-ci ilin dekabrında bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Xüsusi Sessiyası keçirildi. Göründüyü kimi, Azərbaycan bu kimi təşəbbüsləri ilə dünyanın bir-birinə əks olan qütblərini bir araya gətirərək, onları beynəlxalq səviyyədə narahatlıq doğuran məsələlərin həllində birgə fəaliyyət göstərməyin zəruriliyinə inandırmağı bacarır.”

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən diqqəti, eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin hazırkı inkişaf səviyyəsinə yönəltdi: “Amerika Birləşmiş Ştatlarının Prezidenti dövlət başçısı İlham Əliyevə istər Müstəqillik Günü, istərsə də Enerji Həftəsinin açılışı münasibətilə təbrik məktublarında bildirmişdir ki, hər iki ölkə münasibətləri müxtəlif istiqamətlər üzrə inkişaf etdirmək imkanlarına malikdir. Azərbaycanın cari ilin altı ayında dünyanın güc mərkəzləri, həmçinin beynəlxalq təşkilatlarla münasibətlərinə diqqət yetirdikdə böyük uğurların əldə olunduğunu əminliklə qeyd edə bilərik. Azərbaycan -Avropa İttifaqı əməkdaşlığı da yüksələn xətlə inkişaf edir. Nəzərə alaq ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına öz dəstəyini göstərməyə hazır olduğunu bildirir, eyni zamanda, iki ölkə arasında münasibətlərin normallaşması üçün səylərini artırır. Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda da əməkdaşlıq yüksək səviyyədədir. Daim çıxışlarında “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik” söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurları xüsusi olaraq diqqətə çatdırır. Əgər yaxın tarixə nəzər salsaq görərik ki, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə gələcək əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi. Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlət başçısı, eyni zamanda, bu əminliyi ifadə etmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması və layihənin nəzərdə tutulduğu vaxtda, 2018-ci ildə rəsmi açılışı, 2020-ci ilin sonunda tam şəkildə istifadəyə verilməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunun göstəricisidir. Azərbaycanın müstəqil siyasəti uğurlarının davamlılığında, ədalətli mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Ölkə Prezidentinin “Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik” sözləri də deyilənlərin təsdiqidir.”

YAP Xətai rayon təşkilatının sədri son iki ilə yaxın dövrün əsas diqqətdə olan məsələlərindən biri kimi Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində atılan addımlara da diqqəti yönəldib: “Dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Müsbət hal ondan ibarətdir ki, yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, təkliflərimizin qəbul edilməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit edilən məsələlərdən boyun qaçırmasını təsdiqləyən xeyli sayda fakt sadalaya bilərik. Həmçinin son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Azərbaycan Prezidenti 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrində, həmçinin xalqa müraciətlərində statusun hara getdiyini bəyan edib. Ermənistanın bu məsələni yenidən gündəmə gətirməsi birmənalı qarşılana bilməz. Bu, işğalçı dövlətin özü üçün çox təhlükəli məsələdir. Dövlət başçısı bu təhlükəni belə əsaslandırır ki, biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı.”

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin müşavirədəki giriş və yekun nitqlərində yer alan məsələlərin ümumiləşdirilmiş ifadəsi olaraq bildirib ki, ölkə Prezidentinin düşünülmüş və məqsədyönlü, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti ölkəmizin hər bir məsələnin milli maraqlarımıza uyğun şəkildə çözülməsini təmin edir:

“Azərbaycan dövləti hər zaman bəyan edir ki, 28 il heç bir nəticə hasil etməyən ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu fikrin həqiqiliyini əsaslandırmaq üçün Minsk qrupunun həmsədr dövlətləri arasında münasibətlərin hazırkı səviyyəsinə diqqət yetirmək kifayətdir. Bir-birinə qarşı etimadsızlıq mühitinin hökm sürdüyü quruma üzv dövlətlərdən artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsi ilə bağlı hər hansı konstruktiv təklif gözləmək ən yumşaq formada ifadə etməli olsaq sadəlövhlük olardı. Artıq çözülmüş məsələnin hansı həllindən söhbət gedir ki, ATƏT-in Minsk qrupuna ehtiyac olsun? Bütün bunlar bir daha açıq-aydın göstərir ki, Ermənistan sülh müqaviləsi ilə bağlı konkret addımlar atmalıdır”.

1news.az

Paylaş:
386

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər