Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu rol getdikcə artmaqdadır | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu rol getdikcə artmaqdadır

20:11 - 18 / 07 / 2022
Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu rol getdikcə artmaqdadır

“Azərbaycan beynəlxalq müstəvidə uğurlu siyasət həyata keçirir. Bu baxımdan, Azərbaycan-Avropa İttifaqı əlaqələri xüsusi vurğulanmalıdır.

Aİ-nin Azərbaycan ilə sıx münasibətləri bu qurumun ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək fonunda formalaşıb. Belə ki, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərində suverenlik və ərazi bütövlüyü əsas element olaraq daim xüsusi yer tutur. Eyni zamanda, tərəflər arasında enerji sahəsində əməkdaşlıq xüsusilə vurğulanmalıdır”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu rol getdikcə artmaqdadır. İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri də bu reallığı təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşündə bildirib ki, bu səfər həqiqətən ikitərəfli əməkdaşlığımızın vacibliyini nümayiş etdirir. Enerji təhlükəsizliyinə aid məsələlərin birmənalı olaraq bu gün qlobal gündəlikdə ən üstün məsələlərdən biri olduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, bundan başqa, biz təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bildirib ki, bizim aramızda uzunmüddətli tərəfdaşlıq var: “Şərq Tərəfdaşlığı xüsusi olaraq Azərbaycanı əhatə edir. Əla münasibətləri daha da dərinləşdirmək istəyirik”. Daha sonra Prezident İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq bizim böyük uğurumuzdur. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa toxunan dövlətimizin başçısı deyib: “Bu, bir çox istiqamətləri, o cümlədən neft, qaz, bərpaolunan enerji növləri, enerji səmərəliliyi və digər sahələri əhatə edir. Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində təşəbbüsləri Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Biz artıq külək və günəş enerjisi ilə işləyən layihələrə sərmayə qoyur, öz potensialımıza dair dəyərləndirmələr aparmışıq. İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisi sahəsində böyük potensial var”. Azərbaycan Prezidenti Avropa Komissiyasının rəhbəri ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında çox məhsuldar müzakirələr aparıldığını diqqətə çatdırıb.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə Azərbaycanın bərpaolunan enerji sahəsində də çox böyük potensialının olduğunu deyib. Azərbaycan Prezidenti ilə görüşdə xüsusilə dənizdə külək enerjisi və yaşıl hidrogen enerjisi ilə bağlı müzakirələrin aparıldığını vurğulayan Ursula Fon der Lyayen bildirib: “Bu gün imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə biz bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək”.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tərəflər arasında strateji əməkdaşlığın daha gücləndirilməsinə xidmət edəcək: “Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə də töhfələr verir. Düşünürəm ki, Avropa İttifaqının vasitəçiliyi səmərə verəcək. Çünki məqsəd regionun tərəqqisinə nail olmaqdır. Digər tərəfdən, Avropa İttifaqı işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsinə də dəstək verir. Beləliklə, tərəflər arasında əməkdaşlığın böyük perspektivi var və bu amil Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da güclnməsinə xidmət edəcək”.

Paylaş:
533

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər