Bakıda sərnişin avtobus sürücüsünü döyüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sərnişin avtobus sürücüsünü döyüb

09:07 - 18 / 07 / 2022
Bakıda sərnişin avtobus sürücüsünü döyüb

Bakının Sabunçu rayonunda avtobusda dava düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən axşam saat 23:00-da Zabrat qəsəbəsində qeydə alınıb.

118B marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1977-ci il təvəllüdlü Qorçiyev Əziz Cəmil oğlu avtobusda olan sərnişinlə mübahisə edib. Mübahisə zamanı sürücü döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Mübahisənin səbəbi hələ ki məlum deyil.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1news.az

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər