Ağcabədidə bacısını öldürən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə bacısını öldürən şəxs saxlanılıb

10:12 - 18 / 07 / 2022
Ağcabədidə bacısını öldürən şəxs saxlanılıb

İyulun 17-i saat 18 radələrində Ağcabədi rayonu, Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.

1news.az

Paylaş:
278

Son xəbərlər

Bütün xəbərlər