Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? - AÇIQLAMA

Qafar Ağayev12:28 - 18 / 07 / 2022
Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? - AÇIQLAMA

Bu gün üçün meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb.

1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirib ki, Epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur.

Testlərdən istifadəyə gəldikdə bugünə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərib. Hər iki şəxsin test nəticəsi neqativdir.

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər