“Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur” - Vahid Hacıyev | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur” - Vahid Hacıyev

10:03 - 19 / 07 / 2022
“Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur” - Vahid Hacıyev

“Bu gün Zəngilanda, həmçinin Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur”.

1news.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib:

“Bütün infrastruktur tam hazırdır. Kənddə 360 şagird yerlik müasir məktəb tikilib. Təhsil ocağı bütün zəruri ləvazimatlarla təchiz olunub. 60 nəfərlik uşaq bağçası istifadəyə hazırdır. Kənddə kifayət qədər iş yerləri fəaliyyət göstərir”.

V.Hacıyevin sözlərinə görə, Ağalı kəndi üzrə 1457 sakin qeydiyyatdadır ki, onlardan da 1357 nəfəri kənddə yaşamaq niyyətini bildirib.

Ayşən İsmayılova

Paylaş:
350

Son xəbərlər

Bütün xəbərlər