Havada toz dumanı nə vaxtadək davam edəcək? | 1news.az | Xəbərlər
Cəmiyyət

Havada toz dumanı nə vaxtadək davam edəcək?

15:16 - 19 / 07 / 2022
Havada toz dumanı nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında son günlər şimal-qərb küləyinin arabir güclənməsi nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətrafa yayılması müşahidə edilir.

1news.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, havada müşahidə olunan toz dumanı lokal xarakterlidir.

Gülşad Məmmədovanın sözlərinə görə iyulun 19-u səhər saatlarında avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən havada dispers toz hissəcikləri Bakı şəhərinin Xətai rayonunda normadan 1.4, Nizami rayonunda 1.5, Səbail rayonunda isə 1.2 dəfə yüksəkdir:

“Güclü şimal-qərb küləyindən və meteoroloji şəraitdən asılı olaraq tozlu havanın həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır”.

1news.az

Paylaş:
710

Son xəbərlər

Bütün xəbərlər