Lənkəranda da İranın “Salam fərmandeh” klipi çəkilib - VİDEO

İyulun 18-də İrandan idarə olunun “HİCAB.AZ313” adlı Youtube platformasında İran hökumətinin xarici ölkələrdə siyasi-ideoloji təbliğatına xidmət edən “Salam fərmandeh” marşı “Lənkərandan Salam Fərmandeh. Yeni gözəl klip” başlığı ilə paylaşılıb.
1news.az "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, marşın klipi Azərbaycan dilində və azərbaycanlı uşaqların ifasında səsləndirilib və Youtube kanalında 6 minə yaxın baxış toplayıb.
Qeyd edək ki, son vaxtlar sözügedən marşa dünyanın müxtəlif ölkələrində, xüsusilə Azərbaycanın fərqli şəhər və bölgələrində İranın təsirinə düşən “dindar” şəxslər və onların övladlarının iştirakı ilə kliplər çəkilir, toy ziyafətlərində və müxtəlif tədbirlərdə səsləndirilir ki, bu da İranın Azərbaycan cəmiyyətinə siyasi-ideoloji və mədəni sahədə səssiz və təhlükəli şəkildə təsir etmək cəhdlərindən xəbər verir.
1news.az