Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi - FOTO

Qafar Ağayev16:48 - 20 / 07 / 2022
Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi - FOTO

“Nar”, 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini artıq ənənəvi olaraq təşkil olunan intellektual yarışmada bir araya gətirib.

30-dan çox media orqanını təmsil edən jurnalistlər 10 komandada biliklərini yarışdırıblar. İştirakçılara 7 tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. İntellekt yarışında qalibiyyəti “Report” komandası qazanıb, “Azərtac” İA-ni təmsil edən komanda 2-ci, “Molla Nəsrəddin” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

“"Nar" olaraq, Milli mətbuat gününü mətbuatımızın dəyərli nümayəndələri ilə birgə qeyd etməkdən qürur duyuruq. Bu gün böyük həcmdə informasiya ilə üzləşirik, buna görə də cəmiyyətə məlumatın düzgün şəkildə ötürülməsi böyük əzm və məsuliyyət tələb edir. Bu vacib işin öhdəsindən gələn mətbuat nümayəndələrinə "Nar" adından təşəkkür edirəm. Milli mətbuat günümüz mübarək!”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov tədbirdə bildirib.

“Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumat üçün: https://www.nar.az/news/

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Reklam hüuqunda

Paylaş:
999

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər