Bakıda iki “Toyota Prius” toqquşdu: ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki “Toyota Prius” toqquşdu: ölən və yaralananlar var

09:52 - 20 / 07 / 2022
Bakıda iki “Toyota Prius” toqquşdu: ölən və yaralananlar var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, hadisə Binəqədi-Balaxanı yolunda, 4 yol adlanan ərazidə qeydə alınıb.

Rüstəm Qəmbərovun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Rüfət Hüseynovun idarə etdiyi eyni markalı avtomobil toqquşub. Nəticədə, sərnişin qismində olan Rüfət Hüseynovun atası Əlihüseyn Hüseynov hadisə yerində ölüb, digər sürücü və daha 3 sərnişin hadisə yerində xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər