Son sutkada Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

Qafar Ağayev16:51 - 21 / 07 / 2022
Son sutkada Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 232 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 424, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 156, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 383, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 269 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 798 492, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 362 991, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 720, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 326 543, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 238 nəfər təşkil edir.

Paylaş:
1367

Son xəbərlər

Bütün xəbərlər