Şuşada Beynəlxalq Media Forum keçirilir - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada Beynəlxalq Media Forum keçirilir - YENİLƏNİB

10:55 - 22 / 07 / 2022
Şuşada Beynəlxalq Media Forum keçirilir - YENİLƏNİB

Şuşada Beynəlxalq Media Forum başlayıb.

1news.az xəbər verir ki, "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda keçirilən forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri iştirak edir.

Forum çərçivəsində keçiriləcək panellərdə "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.

09:21

Bu gün Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forum keçiriləcək.

1news.az xəbər verir ki, forumda "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.

Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunan forumda iştirak edəcək 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələrindən ibarət heyəti daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Xatırladaq ki, ötən gün qarşıdan gələn forum çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olub və "KİV-də islahatların dərinləşdirilməsi: yeni hədəflərə doğru" mövzusunda konfransda iştirak ediblər.

1news.az

Paylaş:
948

Son xəbərlər

Bütün xəbərlər