Samuxda ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Samuxda ev yanıb

14:50 - 23 / 07 / 2022
Samuxda ev yanıb

Samuxda evdə yanğın olub.

1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Samux şəhərində ümumi sahəsi 12 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik, ümumi sahəsi 250 m² olan birmərtəbəli evin dəhlizinin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
697

Son xəbərlər

Bütün xəbərlər