Türkiyəli yazıçı Rasim Özdənörən vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyəli yazıçı Rasim Özdənörən vəfat edib

18:12 - 23 / 07 / 2022
Türkiyəli yazıçı Rasim Özdənörən vəfat edib

Türkiyəli məşhur yazıçı Rasim Özdənörən vəfat edib.

1news.az “Sözcü”yə istinadən xəbər verir ki, o, Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında 82 yaşında dünyasını dəyişib.

Rasim Özdənörən 20 may 1940-cı ildə Türkiyənin Kahramanmaraş vilayətində anadan olub. O, 30-a yaxın kitabın müəllifidir. “Çarpılmışlar”, “Yaşadığımız günlər”, “Ədəbiyyat və həyat” kimi kitabları müəllifə məşhurluq gətirib.

Müəllifin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda “Adiloğlu” nəşriyyatında nəşr olunub.

1news.az

Paylaş:
1175

Son xəbərlər

Bütün xəbərlər