Göygölə başçı təyin edilən Elvin Paşayevin DOSYESİ
Prezident İlham Əliyevin sərəncamıyla Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
1news.az Elvin Paşayev haqqında məlumatda məlumatları təqdim edir:
Elvin Paşayev 27 iyul 1983-cü ildə anadan olub. Bakı Dövlət Universitetini Regionşünaslıq ixtisası üzə bitirib.
E. Paşayev 2000-ci ildə Bakı Dövlət Universtitetinin Regionşünaslıq fakultəsinin bakalavr dərəcəsini, 2007-ci ildə Regionşünaslıq fakultəsinin magistr dərəcəsini, 2009-cu ildə isə Dövlət İqtisad Universtitetinin maliyyə-kredit fakultəsini bitirib.
O, Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb.
Bununla yanaşı E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin rəisi və aparat rəhbərinin müavini vəzifələrini icra edib.
Prezident İlham Əliyev 2020-ci il iyunun 23-də imzaladığı "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncama əsasən Elvin Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.