Xızıda evdən silah oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda evdən silah oğurlanıb

Qafar Ağayev12:08 - 25 / 07 / 2022
Xızıda evdən silah oğurlanıb

Xızı Rayon Polis Şöbəsinə şəhər sakini Ə.Hüseynovun evindən “İJ-58” markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qardaşının oğlu H.Hüseynzadə saxlanılıb. Onun həmin evdən “TOZ-17” markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub.

Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb və Ə.Hüseynov saxlanılıb.

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər