Dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər saxlanılıb

Qafar Ağayev17:09 - 27 / 07 / 2022
Dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər saxlanılıb

İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılmışdır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında deyilir.

Saxlanılan şəxslərin Şəki rayon sakinləri 1987-ci il təvəllüdlü Nəsibov Kamal Ramiz oğlu və 1991-ci il təvəllüdlü Əliyev Elnur Möhübbət oğlu olmaları, əraziyə K.Nəsibova məxsus “Priora” markalı 99 KG 752 dövlət nömrə nişanlı avtomobillə gəlmələri müəyyən edilmişdir. Avtomobilə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə “maruxuana”ya bənzər maddə, 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 5 ədəd patron, 1 ədəd cib bıçağı, 1 ədəd xəncər, 3300 azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülmüşdür.

Hazırda Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
752

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər