Bakıda evdən 23 min manatlıq oğurluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdən 23 min manatlıq oğurluq edilib

11:59 - 27 / 07 / 2022
Bakıda evdən 23 min manatlıq oğurluq edilib

Bakıda evdən xeyli miqdarda pul və qızıl oğurlanıb.

DİN-dən 1news.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 16.170 manat pul və 7.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini İ.Zərbalıyev saxlanılıb.

Araşdırma aparılır.

1news.az

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər