Koronavirusa yoluxma artsa, məktəblər bağlanacaq? - Nazirdən CAVAB
"Pandemiyada sürprizlər kifayət qədər olur" .
1news.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə jurnalistlərin "koronavirusa yoluxma artdığı halda məktəblər bağlanacaqmı?" sualına cavab olaraq deyib.
“2 il ərzində bizim kifayət qədər təcrübəmiz var. Biz ötən il məktəbləri tam bağlamadıq. Əgər yoluxma sayları artarsa, bu il də eyni təcrübəni davam etdirəcəyik. Ehtimal edirəm ki, məktəblərin tamamilə bağlanmasına yox, müəyyən məhdudiyyətlərə getmək olar. Təbii ki, bu məsələlərdə Operativ Qərargahın qərarlarına uyğun addım atıla bilər".
340