Türkiyənin Azərbaycandakı səfiri “Qarabağ”ı təbrik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyənin Azərbaycandakı səfiri “Qarabağ”ı təbrik edib

Qafar Ağayev08:44 - 28 / 07 / 2022
Türkiyənin Azərbaycandakı səfiri “Qarabağ”ı təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Ağdamın "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının növbəti təsnifat mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.

1news.az xəbər verir ki, bu barədə C.Bağcı özünün "Twitter" səhifəsində yazıb.

"“Qarabağ” futbol klubunu təbrik edir, uğurlar arzulayırıq", - deyə səfir bildirib.

Xatırladaq ki, Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdə rəqibi ilə heç-heçə edib (2:2) və mərhələ adlayıb.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər