Britaniya səfiri: Tezliklə Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Britaniya səfiri: Tezliklə Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq

12:51 - 28 / 07 / 2022
Britaniya səfiri: Tezliklə Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp minatəmizləmə əməliyyatları ilə tanış olub.

1news.az-ın xəbərinə görə, bu barədə diplomat Tvitterdə bildirib.

“Bu mina aşkarlayan it idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında yeganə qadındır. Tezliklə Britaniya-Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək” – deyə Şarp qeyd edib.

1news.az

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər