AMEA-nın əsas binası Elm və Təhsil Nazirliyinə veriləcək?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının Elm və Təhsil Nazirliyinə verilməsi nəzərdə tutulmur.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli qeyd edib ki, əsas binanın hansısa quruma verilməsi Prezident İlham Əliyevin fərmanında yer almayıb. “Hansı institutlar əmlakı ilə bir yerdə yeni Elm və Təhsil Nazirliyinə veriləcəksə, ayrı-ayrı qeyd olunub. AMEA-nın əmlakı ilə bir yerdə yeni nazirliyə veriləcək struktur bölmələrindən heç biri AMEA-nın əsas binasında yerləşmir”, - deyə o bildirib.
460