Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərinin Şuşaya səfəri başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərinin Şuşaya səfəri başa çatıb

Qafar Ağayev17:46 - 29 / 07 / 2022
Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərinin Şuşaya səfəri başa çatıb

İyulun 29-da Qoşulmama Hərəkatının Gənclər Sammiti işini Şuşa seqmenti ilə davam etdirib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gəncləri iclasdan sonra Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.

İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Sammit iştirakçıları sonra Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və Qala divarlarını ziyarət ediblər.

Qonaqlara Cıdır düzü haqqında məlumatlar verilib. Bildirilib ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub.

Gənclər Sammitinin iştirakçıları sonra Vaqifin məqbərəsini ziyarət ediblər. Qonaqlara məqbərə haqqında məlumat verilib. Qeyd olunub ki, bütün digər tarixi abidələrimiz kimi Vaqif məqbərəsi də erməni vandalizminə məruz qalıb. Məqbərə Heydər Əliyev Fondu tərəfindən tam bərpa edilib və onun ikinci açılışı 2021-ci ilin avqustunda olub.

Şuşa səfəri Qala divarlarına ziyarətlə yekunlaşıb. Qonaqlara Qala divarları haqqında məlumat verilib.

Bununla da Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarının Şuşaya səfəri başa çatıb.

Paylaş:
619

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər