İsrailə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib
Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.
Bu barədə 1news.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 12:44 dəqiqədə Bakı hava limanına enib.
"Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat etmişdir" - deyə, məlumatda qeyd olunub.
785