Bakıda bir ailənin dörd üzvünü avtomobil vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bir ailənin dörd üzvünü avtomobil vurdu

09:27 - 01 / 08 / 2022
Bakıda bir ailənin dörd üzvünü avtomobil vurdu

Bakının Binəqədi rayonunda ağır yol qəzası zamanı ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı şosesində qeydə alınıb.

Şosenin Sulutəpə qəsəbəsi ərazisinə düşən hissəsində yolu keçən 1981-ci il təvəllüdlü Abdulxalıqov Ceyhun Babaverdi oğlu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abdulxalıqova Suğra Fərzalı qızı, övladları - 2011-ci il təvəllüdlü Abdulxalıqov Yusif və 2009-cu il təvəllüdlü Abdulxalıqova Fatiməni “Toyota” markalı maşın vurub.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ana və oğlun vəziyyəti ağırdır.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1news.az

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər