“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək

Qafar Ağayev14:27 - 02 / 08 / 2022
“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək

Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.

"Bakı Metropoliteni"QSC-d'n 1news.az-a verilən məlumata görə, bu stadionda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyada qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Saat 20:00-da başlanacaq oyuna yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə növbətçilik cədvəli üzrə stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.

Bundan savayı, “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri nəzərdə tutulacaq.

Onu da əlavə edək ki, gün ərzində qatarların hərəkəti yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Lakin futbol matçına azarkeş marağını nəzərə alaraq, sərnişinlərin oyun başa çatdıqdan sonra mənzil başına çatması üçün təhlükəsiz və rahat daşınması məqsədilə bəzi tədbirlər də həyata keçiriləcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

Paylaş:
590

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEO20 / 09 / 2024, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib20 / 09 / 2024, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib20 / 09 / 2024, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib20 / 09 / 2024, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdi20 / 09 / 2024, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib20 / 09 / 2024, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb20 / 09 / 2024, 13:45
Bütün xəbərlər